Xan Bağı Köşkü

Abidənin adı: “Xan Bağı Köşkü”

Abidənin ünvanı: AZ1097, Bakı Şəhəri.Sabunçu rayonu, Nardaran kəndi. A,Zeynallı

Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi

Inventar: № 133

Kartoqrafik təqdimat:

Abidənin tikinti tarixi: XIV-XV əsr

Əsr: XIV-XV əsr

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair məlumatlar: Xan Bağı – Dövrümüzə gəlib çatmış orta əsr abidələri içərisində Şirvanşahların xalq tərəfindən “Xan bağı” adlandırılan yay iqamətgahının özünəməxsus yeri var. Dəniz sahilindən 2 km. məsafədə, kəndin şimal-şərqində, yüksək qumsallıqda yerləşir. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş bu tikili ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Tikili təxminən XIV-XV əsrdə inşa edilmişdir. Bina gözəl sarımtıl rəngli yonulmuş daşlardan əhənglə tikilmişdir. Mərbə şəklində olan binanın eni və uzunu 27 m, ucalığı (hündürlüyü) 9 metrdir. Damı düz, fəqət ortasında bir gümbəzi vardır. Şimal divarının qapısının qabağı gözəl hamar daşlardan düzülmüş (6.60 m) bir düzənlikdir. Binanın dörd guşəsində 4 kiçik otaq tikilmişdir. Otağın (binanın) ortasında, yerdə su üçün 8 guşəli çuxur bir hovuz qazılmışdır.